Görünür, Donald Trump öz qərarlarını tez-tez dəyişməklə seçilir. Belə ki, iyun ayının sonunda o şifahi olaraq bildirmişdi ki, Huawei şirkətinə qarşı olan sanksiyalar zəiflədiləcək.
Lakin bir neçə gündən sonra onun administrasiyası bildirmişdi ki, sanksiyaların tamamilə aradan qaldırılmasından söhbət getmir. İndi isə o, Huawei şirkətinə qarşı növbəti böyük açıqlamasını verib.
Bu barədə CNBC saytına istinadən 4pda saytı xəbər verib.
Terefsiz.az saytı xəbər verir ki, “Biz, Huawei ilə əməkdaşlıq etməyi planlaşdırmırıq. Mən yekun qərarı vermişəm. Ən asan yol onlarla iş aparmamaqdır. Lakin Çin ilə ticarət razılşmasının bağlanacağı halında biz bəzi güzəştlər göstərə bilərik” – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə əsasən ABŞ ilə Çin hələ də ticarət məsələsi ilə bağlı danışıqlar aparır və ortaq məxrəc hələ də əldə olunmayıb.
Donald Trump bu bəyanatı Çinin ABŞ istehsalı olan kənd təsərrüfatı təchizatlarının alınmasının dayandırılmasından sonra verib.
ABŞ-ın ticarət nazirliyi CNBC jurnalistlərinə qeyd edib ki, Huawei şirkəti ilə əməkdaşlıq etmək istəyən ABŞ şirkətləri üçün lisenziyalar hələ də tərtib olunur və Donald Trump tərəfindən verilmiş yeni bəyanat hələki ABŞ-ın Çin istehsalı məhsulların alınmasına qadağanı əhatə edir.
Terefsiz.az