Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Terefsiz.az xəbər verir ki, hadisə Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.
Şəhər sakini, 22 yaşlı İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə kollecin qarşısına gələrək orada işləyən dostu Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib.
Ətrafdakıların müdaxiləsi ilə E.İsmayılovun K.Ağayevi öldürməsinə imkan verilməyib. E.İsmayılov avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Araşdırmalar zamanı məlum olub ki, E.İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan dostu K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb.
Buna əsəbiləşən E.İsmayılov bu məqsədlə K.Ağayevi öldürmək qərarına gəlib. Hazırda hadisəni törədən E.İsmayılovun axtarışları davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb.