Dostunu qətlə yetirən şəxsə hökm oxunub

0
268

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Terefsiz.az xəbərinə görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Nağıyev 13 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində baş verib. 1985-ci ildə Naxçıvanda anadan olmuş Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Lakin orada saxlanılıb və Bakıya ekstradisiya edilib.

Terefsiz.az