“Dövlət hər uşağı olan ailəyə ayda 100, 200 manat verməlidir” – Deputatdan TƏKLİF

0
200

Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Araz Əlizadə deyib.

Millət vəkili Azərbaycanda3 uşağı olan ailələrin çoxuşaqlı ailələr hesab edilməsini təklif edib.

“3 uşaqlı ailələrin çoxuşaqlı ailə sayılması dünyada qəbul edilib. Dövlət hər uşağı olanailəyə hər ay mütəmadi 100 manat, 200 manat pul verməlidir. Çünki həmin uşaqlar böyüyüb Vətən övladları olacaq.Sabah çağıracaqlar ki, Vətən övladısan, Vətəni qoru, müharibədə iştirak et! Vətən də övlad üçün nə isə etməlidir. Analar əlinə zənbil alıb küçələri gəzməməli, meyvə-tərəvəz satmamalıdırlar ki, balalarını dolandırsınlar. Ananın əsas vəzifəsi uşaqlarını tərbiyə etməkdir. Əgər ana uşaqlarını dolandıra bilmirsə, uşaqlarını nə zaman tərbiyə edəcək?!”, – deyə A. Əlizadə vurğulayıb.