Dövlət Komitəsinə edilən müraciətlərin əksəriyyəti alimentlə bağlı olub.

0
172

2020-ci il ərzində Komitəyə vətəndaşlardan 6 506 müraciət, o cümlədən 4 627 ərizə, 1 876 şikayət daxil olub.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-ci ildə daxil olmuş vətəndaşların müraciətləri ilə bağlı görülən işlər və tədbirlər barədə məlumatda öz əksini tapıb.

 

Bildirilib ki, müraciətlərdən 964-ü qəbul zamanı təqdim edilib. Qeyd olunub ki, cari il ərzində Komitəyə vətəndaşların müraciətləri ilə bağlı 691 cavab məktubu daxil olub.

 

Aparılan araşdırma zamanı məlum olub ki, Komitəyə ən çox Bakının Yasamal, Binəqədi, Suraxanı rayonlarından, həmçinin Sumqayıt şəhərindən, Sabirabad, Lənkəran, Saatlı rayonlarından müraciət daxil olub.

 

Müraciətlərin əksəriyyəti maddi yardım, müalicə və müayinə olunmada köməklik, uşaqla keçirilən fərdi məşğələlər, iş, mənzil və ya fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin edilmə, müxtəlif yönümlü sosial müavinətlərin alınması, aliment ödənilməsi ilə bağlıdır.

TEREFSİZ.AZ