DSMF-nin gələn il üçün büdcəsinə dair qanun layihəsi I oxunuşda qəbul edilib

0
75

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

“Terefsiz.az”ın xəbərinə görə, layihədə DSMF-nin 2023-cü il büdcəsinin gəlirləri 6 263 970 000,0 manat, xərcləri 6 263 970 000, manat məbləğində nəzərdə tutulub.

Bu, cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur.

Layihəyə əsasən, 2023-cü ildə dövlət sosial müdafiə fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq:

Gəlirlərin mənbələri Məbləğ

(manatla)

2.1. Məcburi dövlət sosial sığorta haqları, cəmi

o cümlədən:

4 783 600 000,0
2.1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 1 569 170 000,0
2.1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 213 930 000,0
2.1.3. qeyri-büdcə sektoru üzrə

o cümlədən:

3 000 500 000,0
2.1.3.1. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 60 000 000,0
2.2. Sair gəlirlər, cəmi

o cümlədən:

12 600 000,0
2.2.1. sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar 2 400 000,0
2.3. Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 467 770 000 ,0

 

Qeyd olunub ki, Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

Xərclərin istiqamətləri Məbləğ

(manatla)

3.1. Əhaliyə ödənişlər üzrə xərclər 6 077 580 000,0
3.1.1. əmək pensiyalarının ödənilməsi xərcləri 5 907 180 000,0
3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 170 400 000,0
3.1.2.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 42 400 000,0
3.1.2.2. hamiləliyə və doğuma görə 48 000 000,0
3.1.2.3. uşağın anadan olmasına görə 28 000 000,0
3.1.3.4. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 11 000 000,0
3.1.2.5. dəfn üçün 41 000 000,0
3.2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər 22 500 000,0
3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 60 525 000,0
3.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 102 700 000,0
3.5. Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 65 000,0
3.5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 35 000,0
3.5.2. Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri 30 000,0
3.6. Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixində imzalanmış “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri 600 000,0

 

terefsiz.az