Dubay əmirinin arvadı pulları götürüb qaçmağının əsl səbəbini açıqladı

0
118

Ərəb şahzadəsi Həyya uşaqlarını və pulları götürərək Dubay əmiri olan əri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumdan qaçmağının əsas səbəbini açıqlayıb.

Bu barədə “Daily Mail” xəbər verib.

O, bildirib ki, əri 11 yaşlı qızları Cəliləni Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla evləndirməyi planlaşdırıb.

Qeyd olunur ki, Məhəmməd ibn Rəşid qaçan arvadın dediklərini təkzib edib. Onun sözlərinə görə, övladlarından heç biri bu yaşda ailə qurmayıb və ya nişanlanmayıb:

“Heç bir məcburi nikah olmayıb”.

Qeyd edək ki, şahzadə Həyya, uşaqları və 40 milyon dollar pul ilə ərindən qaçıb. Qadının 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə Almaniyada gizləndiyi və orada sığınacaq istədiyi təxmin edilir.

istinad:oxu.az