Terefsiz.az saytı xəbər verir ki, külli miqdarda mobil telefon və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları qanun pozuntusuna imkan verməyiblər.
Belə ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib.
Lakin yoxlama zamanı vətəndaşa məxsus əl çantasından bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 4 ədəd “İphone” və sellofan paketin içərisindən 1 ədəd “İphone XS MaX Silver 256GB” markalı mobil telefonlar, karton qutunun içərisindən, şəxsi əşyaların arasından isə 5 ədəd portativ enerjiyığma cihazı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İstinad: oxu.az
Terefsiz.az