Dünən gecə Twitter’in yaradıcısı Jack Dorsey’nin istifadəçi hesabı hack olunub

0
279

 Terefsiz.az saytı xəbər verir ki,  dünən gecə hackerlər Twitter-in yaradıcısı və general direktoru olan Jack Dorsey-nin istifadəçi hesabını hack ediblər. 15 dəqiqə ərzində hackerlər Jack Dorsey-nin Twitter-dəki @jack adlı istifadəçi hesabını idarə ediblər.

Qeyd etmək lazımdır ki, onun Twitter-də 4 milyon abunəçisi var. Bu barədə Gagadget saytı xəbər verib.

    15 dəqiqə ərzində hackerlər Jack Dorsey-nin istifadəçi hesabında partladılma təhdidlərini, rasizmi, qeyri-normativ leksikona aid sözləri, Holokostu və təhqiredici sözləri əhatə edən paylaşımlar ediblər.

Qısa müddətdən sonra isə sosial şəbəkənin administrasiyası istifadəçi hesabı üzərində idarəetməni bərpa edib və yazılmış bütün tweet-ləri silib. Sözügedən kiberhücumu Chuckling Squad adlı hacker qruplaşması öz üzərinə götürüb.