Dünya çempionatı: Azərbaycanın iki boksçusu bürünc medalı təmin edib

0
82

Azərbaycan boksçuları Alfonso Dominges və Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/2 finala vəsiqə qazanıblar.

“Terefsiz.az”ın məlumatına görə, 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev 1/4 finalda gürcüstanlı Nikoloz Beqadze ilə üz-üzə gəlib.

Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan milli komandanın üzvü adını yarımfinala yazdıraraq ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq.

86 kq çəki dərəcəsində çıxış edən  idmançımız Alfonso Dominges  isə 1/4 finalda yerli idmançı Şoxcahon Abdullayevlə qarşılaşıb.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala adlamaqla ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialı medalsız başa vurub.

1/2 final döyüşləri mayın 12-də baş tutacaq.

terefsiz.az