Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəni dayandırıb.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə üz-üzə gəlib.
İlk görüş 2:2 hesabı ilə başa çatsa da, ikinci qarşılaşmada rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Azərbaycan millisi mundialla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatı noyabrın 25-də başa çatacaq.