Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət milli komandası növbəti görüşünü keçirib.
“Terefsiz.az”ın məlumatına görə, IX turda Hindistanın 2-ci yığması ilə qarşılaşan kollektiv sülhə razılaşıb.
Şəhriyar Məmmədyarov və Rauf Məmmədov öz oyunlarını heç-heçə ilə başa vurub. Nicat Abbasov rəqibinə qalib gəlsə də, Vasif Durarbəylinin məğlubiyyəti komandanın qələbə qazanmasına mane olub.
Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər
Hindistan-2 – Azərbaycan – 2:2
Qukeş Dommaracu – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Nixal Sarin – Rauf Məmmədov – 0,5:0,5
Rameşbabu Praqqnanandha – Vasif Durarbəyli – 1:0
Raunak Sadvani – Nicat Abbasov – 0:1
Kişilərdən ibarət Azərbaycan milli komandası 9 turdan sonra 6-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq