Dünyada uşaqlarda mənşəyi məlum olmayan 700-dən çox hepatit aşkarlanıb

0
76

Dünyada uşaqlarda mənşəyi məlum olmayan 700-dən çox hepatit aşkarlanıb.

“TEREFSİZ.AZ” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“ÜST uşaqlarda mənşəyi məlum olmayan hepatitlə bağlı monitorinqləri davam etdirir. 34 ölkədən 700-dən çox ehtimal olunan hal qeydə alınıb, daha 112 hadisə araşdırılır”, – ÜST rəhbəri bildirib.

Onun sözlərinə görə, azı 38 uşağa qaraciyər transplantasiyası tələb olunub və 10 halda xəstəlik ölümlə nəticələnib.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

 

TEREFSİZ.AZ