Keçən ilin dekabrında ərzağın qiyməti son beş il ərzində maksimuma çatıb.
Bu barədə Terefsiz.az BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına istinadən bildirir.
Bu, ən çox palma yağı, şəkər və süd məhsullarında əks olunur.
Palma yağının qiymətinin qalxması qismən “alternativ energetika” – biodizel sektorunun tələbatının artması ilə izah olunur. İl ərzində ən böyük artım quru və yağsızlaşdırılmış südün, həmçinin pendirin qiymətində müşahidə olunur.
Yaranmış vəziyyət BMT-ni narahat edir. Belə ki, qidanın qiymətinin artması, ilk növbədə, inkişaf etməkdə olan ölkələrə və əhalinin ən az təminatlı təbəqəsinə təsir edir.
istinad:oxu.az