Dünyanın ən bahalı brendlərinin reytinqi tərtib olunub.

0
235

 Böyük korporasiyalar və azad bazar dünyasında hər şey həmişə gəlib pulun üzərinə düşür. Buna görə də ən yaxşı brendi onun bazar dəyərinə görə seçmək lazımdır.

Beləliklə, Interbrand adlı konsaltinq şirkəti 2019-cu il üzrə dünyanın ən bahalı şirkətlərinin reytinqini tərtib edib.

Siyahıdakı liderlər isə hamı tərəfindən tanınan məşhur texnoloji şirkətlərdir. Bu barədə Interbrand.com saytı xəbər verib.

 Terefsiz.az saytı xəbər verir ki, 2019-cu ildə Interbrenad konsaltinq şirkəti Apple şirkətinin dəyərini 234.241 milyard dollar, Google şirkətinin dəyərini isə 167.713 milyard dollar qiymətləndirib. Beləliklə 2018-ci il ilə müqayisədə Apple şirkəti öz dəyərini 9%, Google şirkəti isə öz dəyərini 8% yüksəldə bilib. Üçüncü yerdə Amazon şirkəti qərarlaşıb (125.265 milyard dollar). 1 il ərzində Amazon şirkətinin dəyəri 24% yüksəlib.

İlk onluqda Amazon şirkətindən sonra MicrosoftCoca-ColaSamsungToyotaMercedes BenzMcDonalds və Disney şirkətləri qərarlaşıblar.

    Disney şirkəti isə öz növbəsində Facebook-u öz əvvəlki yerindən kənarlaşdırıb. Beləliklə, məşhur sosial şəbəkə 12% dəyər itirərək 14-cü yeri tutub.

1 il ərzində sürətli yüksəliş nəticəsini MasterCard sərgiləyib. Belə ki, şirkət 1 il ərzində öz dəyərini 25% yüksəldib.

Maraqlısı ondadır ki, bir neçə illik aradan sonra bu siyahıya Dell şirkəti qayıdıb və birdən-birə 63 yeri tutub.

Sözügedən siyahının yeni təmislçisi isə Uber şirkəti olub. O, 87-ci yerdə qərarlaşıb.