Dünyanın ən gənc milyarderi məlum oldu

0
258

Amerikalı biznes-ledi, şəxsi kosmetika brendinin təsisçisi Kayli Cenner növbəti dəfə öz sərvətini müstəqil əldə etmiş dünyanın ən gənc milyarderi olub.

Bu barədə “Forbes” yazır.

22 yaşlı Cenner “Forbes”in saytında dərc olunmuş siyahının kateqoriyalarından birinə artıq ardıcıl olaraq ikinci ildir  liderlik edir.

Qeyd edilir ki, 2019-cu ilin noyabrında biznes-ledi özünün “Kylie Cosmetics” brendinin səhmlərinin 51 faizini “Coty” şirkətinə 600 milyon dollara satıb, bundan sonra onun sərvəti 1,2 milyard dollar olub.

Kayli Cenner şəxsi kosmetika brendini 2016-cı ildə təsis edib və 21yaşında bir milyard dollar qazanıb.

Bununla da, o, ilk milyardını 23 yaşında qazanan “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi qabaqlayıb.

Xatırladaq ki, “Forbes” Kayli Ceneri ilk dəfə 2019-cu ilin martında ən gənc milyarder elan edib.

istinad:oxu.az