Dünyanın ən gözəl qızı seçildi -Fotolar+Video

0
319

Londonda “Miss World 2019” gözəllik yarışması keçirilib.

Terefsiz.az xəbər verir ki, dünyanın ən gözəl qızı ünvanı Yamaykadan olan 23 yaşlı Toni-Ann Singhə nəsib olub. Ona gözəllik tacını isə ötən ilin qalibi Vanessa Ponce taxıb. Toni-Ann Tvitter hesabında etdiyi açıqlamada dünyadakı gənc qızlara səslənib:

“Dünyanın dörd bir yanındakı gənclərə səslənirəm. Özününzə inanın. Xəyallarınızı gerçəkləşdirəcək qədər dəyərli və haqlı olduğunuzu bilin. Bu tac mənim deyil, sizindir”.

Yarışmada ikinci yer Fransanın, üçüncü yer isə Hindistanın olub.