Dünyanın ən uzunsaçlı qızı Ginnesin rekordlar kitabına düşdü

0
182

17-yaşlı Hindistan vətəndaşı Nilanşi Patel ən uzunsaçlı yeniyetmə kimi Ginnesin rekordlar kitbaına düşüb.

Terefsiz.az “Faktı”-ya istinadən xəbər verir ki, onun saçlarının uzunluğu 190 santimetr təşkil edir.

Hindistanlı “Rapunzelə” bununla bağlı sertifikat təqdim ediblər.

Qızın dediyinə görə, saçını daramaq hər dəfə onun bir saatını alır. Nilanşi saçlarını həftədə bir dəfə yuyur.

N.Patel həmçinin olğun insanlar arasında yeni rekorda imza atmaq niyyətindədir.

istinad:oxu.az