Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafadandır

0
63

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.

Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.

terefsiz.az