Dəhşətli istilərlə bağlı əhaliyə QIRMIZI XƏBƏRDARLIQ SİQNALI VERİLDİ – FOTO

0
250

Şimali Afrikadan gedən isti hava dalğası Avropanı cənginə alıb.

Terefsiz.az xəbər verir ki, Almaniya, Belçika, Fransa, İngiltərədə havanın temperaturu rekord qırır.

Mütəxəssislər Avropaya xas olmayan bu havanın iqlim dəyişikliyi səbəbilə baş qaldırdığını deyir.

Fransanın paytaxtı Parisdə son istilik rekordu 28 iyul 1947-ci ildə kölgədə 49,4 dərəcə qeydə alınıb. Bu gün Parisin bir çox bölgəsində havanın temperature 42 dərəcəyə qalxıb. Fransada 20 bölgədə qırmızı xəbərdarlıq siqnalı verilib. Kəskin isti və yağış yağmaması səbəbilə Fransanın 80 bölgəsində quraqlıqla bağlı qadağalar qüvvəyə minib. Avtomobil yumaq, çəmənlik sulamaq, xüsusi üzgüçülük hovuzlarını doldurmaq qadağandır. Qatarla nəzərdə tutulan səfərlər ləğv edilib. Kəskin istilərlə 20 milyon insan mübarizə aparır.

İngiltərə Meteorologiya Qurumu havanın temperaturunun 39 dərəcə açıqlayıb. İstilər ən çox paytaxt Londonu və ətraf ərazilərini cənginə alıb. Ölkədə bu günə qədər ən isti hava 38,5 dərəcə ilə 2003-cü ilin avqustunda qeydə alınıb. İstilik relslərdə problem yaratdığından bir çox qatar səfərləri təxirə salınıb.

Almaniyada istilik rekordu qırılıb. Aşağı Saksoniya əyalətinin Lingen şəhərində havanın temperaturu 42,6 dərəcə olub. 25 ölçü məntəqəsində cihazlar 40 dərəcədən aşağı düşməyib. Almaniyada bu günə qədər rekord istilik Bavariya əyalətində, 6 iyul 2015-ci ildə 40,3 dərəcə ilə qeydə alınmışdı.

 

Belçikada 1881-ci ildən bəri ən isti günlər yaşanır. Termometrlər 38,9 dərəcəni göstərir. Ölkədə qırmızı təhlükə siqnalı verilib.

Hollandiya isə 74 ildir ki, görmədiyi istiləri yaşayır. Havanın temperaturu 41,7 dərəcə olub. Bu ölkədə narıncı – ikinci dərəcəli xəbərdarlıq siqnalı verilib. Yollarda asfakt örtüyünün əriməməsi üçün duz səpilir. Hava limanlarının uçuş zolaqları sulanır.

Avstriya 253 il sonra ən isti yaylardan birini keçirir. Bu gün ölkədə havanın hərarəti 38 dərəcəyə çatıb. Ehtimal edilən yanğın olaylarının qarşısını almaq üçün istirahət bölgələrində od qalamaq qadağan olunub.

İtaliyanın bəzi şəhərlərində qırmızı xəbərdarlıq siqnalı verilib. Havanın temperaturu 40 dərəcəni keçib. 13 şəhərdə kəskin istilərə bağlı qadağalar qüvvəyə minib.