Dərinizi təravətləndirən nanə maskası

0
273

Məlumdur ki, dərimiz stres, yorğunluq, makiyaj və digər səbəblərə görə zaman keçdikcə öz təravətini itirir.

Terefsiz.az Türkiyə mətbuatına istinadən sizə dərinizi gəncləşdirəcək nanə maskası reseptini təqdim edir.

Lazım olanlar:

7-8 ədəd nanə yarpağı
1,5 x.q qatıq
1 ç.q limon suyu

Nanə xırdalanır və digər ərzaqlarla qarışdırılıb təmizlənmiş dəriyə çəkilir. 20 dəqiqə saxlanılır. Daha sonra ilıq su ilə yuyulur. Maskanı həftədə bir dəfə istifadə edə bilərsiniz.

Terefsiz.az