Təhlükəsizlik sistemlərinin araşdırılması ilə məşğul olan mütəxəssislər qrupu “eBay”dan içində Almaniyanın Silahlı Qüvvələrinə aid məxfi sənədlərin olduğu noutbuk alıb.
“Deutsche Welle”xəbər verir ki, onlar noutbuku 90 avroya alıblar.
Mütəxəssislərin sözlərinə əsasən, leptopda Almaniya ordusunun istifadə etdiyi özüyeriyən raket sistemləri haqda məlumatlar olub.
Sənədlərdə “LeFlaSys Ozelot” HHM sistemlərinin istifadəsi və hətta məhv edilməsi barədə yazılıb.
Bu sistemlər alman ordusu sıralarına 2001-ci ildə daxil edilib və indi də istifadədədir.
istinad:oxu.az