EBRD: “Yüksək enerji qiymətləri Azərbaycanın iqtisadi artımını dəstəkləyəcək”

0
65

Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatları son illərdə ən yüksək artım templərinə malikdir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional İqtisadi Perspektivlər” hesabatının sentyabr sayında bildirilib.

Sənədə əsasən, Azərbaycan yüksək qiymətlər və artan ixrac gəlirləri ilə yanaşı, qeyri-enerji sektorunun güclü göstəricilərin nəticəsi olaraq yüksək neft və qaz gəlirlərindən yararlanır.

Bununla yanaşı, Ermənistan və Gürcüstan, bu kiçik iqtisadiyyatların xidmət sektorlarını inkişaf etdirən Rusiya bizneslərinin və informasiya-kommunikasiya texnologiyaları (İKT) mütəxəssislərinin axınından faydalanacaq. Bu il regionda qeydə alınan güclü böyümə, ortamüddətli dövrdə davamlılığı ilə bağlı narahatlıqlar fonunda 2023-cü ildə azalacaq.

Bank, Qafqazda cari artımın əsasən asanlıqla geri çevriləbiləcək müvəqqəti amillərdən qaynaqlanması ilə bağlı xəbərdarlıq edir.

Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır. Gürcüstan üçün isə risklər qeyri-müəyyənlik və xarici şokların əhəmiyyətli təsiri ehtimalından aslıdır. Ermənistanın timsalında, bu risklər ölkənin getdikcə təcrid olunmuş Rusiya iqtisadiyyatı ilə sıx əlaqələri ilə daha da güclənir.

Bu ilin I yarısında Qafqazda inflyasiya, enerji və ərzaq məhsullarının qiymət artımının yeni dalğası səbəbindən sürətlənib. Buna, hər 3 ölkənin mərkəzi bankları faizlərini artırmaqla cavab veriblər.

Hazırda inflyasiya orta hesabla 10 %-ə düşüb ki, bu, hələ də yüksəkdir, lakin ümumilikdə EBRD regionları üzrə orta hesabla 16,5 %-lik göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.

Azərbaycanda qeyri-enerji sektorunun güclü göstəriciləri bu ilin ilk 7 ayı ərzində 6,2 % artıma səbəb olub. Karbohidrogenlərin bahalaşması ixrac gəlirlərini demək olar ki, iki dəfə artırdı və bu, cari hesabda və büdcədə böyük profisitlərə səbəb olub. Yüksək enerji qiymətlərinin yaxın perspektivdə ölkənin iqtisadi artımını dəstəkləyəcəyi gözlənilir.

terefsiz.az