Milli komandamız və “Albasete”nin üzvü Eddi İsrafilov İspaniya Sequndasının 13-cü turunda “Kadis”lə oyunda (1:0) ən yaxşılardan olub.
Terefsiz.az xəbər verir ki, 27 yaşlı yarımmüdafəçi həm oyunun qurulmasında, həm də müdafiədə komandasına kömək edib. O, 90 dəqiqə meydanda olaraq 11,39 km məsafə qət edib.
Qeyd edək ki, “Albasete” 13 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb.