Efiopiyada məktəb binasına hava hücumu nəticəsində 50 nəfər ölüb

0
65

Efopiyanın Şimali Tıqray ştatında məcburi köçkünlərin qaldığı məktəb binasına hava hücumu nəticəsində azı 50 nəfər həlak olub.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Zərbə oktyabrın 4-də Adi-Daero şəhərinə endirilib. Ölənlərlə yanaşı, daha 70-ə yaxın adam yaralanıb.

Qeyd edək ki, son iki ayda Efiopiya Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Tıqray ərazisindəki hədəflərə hücum edib.

Avqustun 24-də Efiopiya hökuməti və Tiqray üsyançılarının rəhbərliyi ötən ilin yazından onlar arasında mövcud olan humanitar atəşkəsi pozmaqda ittiham ediblər. Tiqrayın cənubunda və Amharanın şimalında döyüşlər gedir.

terefsiz.az