Ekspert: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regionda sabitlik üçün vacibdir”

0
66

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması regionda sabitlik üçün son dərəcə vacibdir”.

“Terefsiz.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “The European House – Ambrosetti” beyin mərkəzinin baş direktoru Luka Miralya deyib.

“Regionda sabitlik əsas məsələdir. Bilirəm ki, vəziyyət asan deyil, lakin sülh prosesinin uğurla başa çatması vacibdir. Bakı və İrəvan arasında münasibətlərin normallaşması region üçün mühüm əhəmiyyət kəsb edir”, – o bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı ölkənin gələcək inkişafına həsr olunub: “Dövlət başçısının regionda və qlobal proseslərdə ölkənin gələcəyi ilə bağlı aydın təsəvvürləri var. O, bütün məqsədlərinə çatmaq məsələsində ciddidir”.

terefsiz.az