Elçin Əmirbəyov Yaponiya Baş nazirinin müşaviri ilə görüşüb

0
96

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Yaponiya Baş nazirinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə müşaviri Takeo Akiba ilə görüşüb.

Bu barədə Azərbaycanın Yaponiyadakı Səfirliyi tviter səhifəsində məlumat yayıb.

Görüş zamanı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və sülh quruculuğuna mümkün töhfələr müzakirə edilib.

TEREFSİZ.AZ