Terefsiz.az saytı xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.
L.Abdullayeva bildirib:
“Xarici işlər naziri Elmar Məmmədyarov dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb. Tərəflər regionda baş verən hadisələr, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ikitərəfli əməkdaşlığın gündəliyi ilə bağlı geniş fikir mübadiləsi aparıblar”.
Terefsiz.az