Elon Musk insan beyni üçün gələcəyin neyron implantını təqdim etdi (VİDEO)

0
218

Elon Musk-a məxsus olan Neuralink şirkəti 3 illik tədqiqatlardan sonra nəhayət ki, insan beynina neyrokompüter interfeyslərinin implantasiyası texnologiyasını təqdim etdi. Şirkətin əsas məqsədi görmə, eşitmə və danışma qabiliyyətini itirmiş insanları neyron əlaqələrə təsir etməklə gündəlik normal həyata qaytarmaqdır.

Bu barədə Terefsiz.az saytı Engadget saytına istinadən xəbər verib. Bugün səhər keçirilmiş konfrans çərçivəsində şirkət bildirib ki, onun mütəxəssisləri insan ilə kompüter arasındakı əlaqənin yaradılması yolunda insan beyninə nazik neyron tellərinin implantasiyasını reallaşdırmağa imkan verən robotlar yaradıblar.

Mütəxəssislərin sözlərinə əsasən bu texnologiya duyğu orqanları pozulmuş insanların yenidən görmələrinə, eşitmələrinə və danışmalarına yardımçı ola biləcək. Hələ bir neçə il bundan öncə Musk bildirmişdi ki, inkişafdan geri qalmamağın əsas yolu insan beynini süni zəka ilə qarşılıqlı əlaqədə olmasına öyrətməkdir. Neuralink şirkətinin hesabatına əsasən implantlar artıq laboratoriya siçanları üzərindəki testlərdən keçiblər. Şirkət insan beyni ilə çalışmaq mərhələsinə 2020-ci ilin ikinci rübündə keçməyi planlaşdırır.

İnsanın öz beynini idarə etməsi üçün nəzərdə tutulmuş mobil tətbiqin konsepti:

Hal hazırda bu implantasiya texnologiyasının əsas məğzi insan beyninə nazik tellərin yerləşdirilməsidir. Həmin tellərin ölçüləri isə insan saçının diametrinin 1/4 hissəsinə bərabərdir. Bunun üçün nazik cihaz ilə insanın kəlləsi deşilməlidir. Lakin gələcəkdə bu üsulun lazer üsulu ilə əvəz olunması planlaşdırılır. Belə ki, lazer üsulunda vibrasiyalardan qurtulmaq olacaq. Kiçik elektrodlar toplusuna yerləşdirilmiş ötürücülər insan beyninin neyron hüceyrələrindən məlumatları əldə edir və insan qulağının arxasına yerləşdirilmiş kompakt resiverə ötürürlər. Bu kompakt resiver isə öz növbəsində naqilsiz modul vasitəsilə kompüterlə əlaqə yaradır.

Şəklin sağ tərəfində ox ilə Neuralink şirkətinin yaratdığı neyron teli işarə olunub:

Musk qeyd edib ki, nəticə etibarilə insan beyninə lazımi məlumatları ötürmək mümkün olacaq. Musk-ın sözlərinə əsasən bu neyron tellərinin oxuma və yazma sürəti hal hazırda tibbdə Parkinson xəstəliyinin müalicə olunması üçün istifadə olunan neyron tellərdən 1000 dəfə daha yüksək olacaq. Neyrointerfeysin təkmilləşdirilməsi nəticəsində gələcəkdə bu implanta sahib istifadəçilər öz aralarında telepatik ünsiyyət də yarada biləcəklər.

Terefsiz.az