Bu yaxınlarda,mərkəzi ABŞ-da yerləşən Twitter sosial şəbəkəsi üçün,hissə başına 54.2 dollar təklif edərək Twitter-in tamamilə almaq istəyən SpaceX ve Tesla-nın CEO-su Elon Musk, Twitter-i 44 milyard dollara satın almaq üçün razılaşdı. Razılaşma, Twitter tərəfindən təsdiqləndi. Bildirilib ki, Twitter tamamilə Musk-a məxsus olan bir təşkilat tərəfindən səhm başına 54.20 dollara alınacaq və satınalma tamamlandıqdan sonra Twitter özəl şirkətə çevriləcək.
“KOMANDAMIZLA QÜRUR DUYURUQ”
Twitter CEO-su Parag Agrawal isə, “Twitter-in bütün dünyaya təsir edən bir məqsədi və inancı var. “Biz komandamızla böyük qürur duyuruq və əvvəllər olduğundan daha çox,önəmli işlərdən ilham alırıq.”
Twitter-in Müstəqil İdarə Heyətinin sədri Bret Taylor, “Twitter İdarə Heyəti,Elonun təklifini analiz edərkən dəyər,dəqiqlik və maliyyə məsələlərinə ciddi diqqət yetirdiyini” dedi. “Təklif edilən əməliyyat əhəmiyyətli pul bonusu ilə nəticələnəcək və inanırıq ki, bu, Twitter səhmdarları üçün ən yaxşı seçimdir.”
TED CEO-su Chris Anderson-la fikirlərini paylaşan Musk, etdiyi təklifin ardında, Twitter-in etibarlı Demokratiya platforması olaraq qalması ideasını təmin etmək olduğunu bildirib.
Açıqlamalarında Twitter-in kontent moderasiya siyasətlərindən bəhs edən və ifadə azadlığına vurğu edən Musk, bu mövzuda düşüncəsini “sevmədiyiniz birinin bəyənmədiyiniz bir şeyi deməsinə icazə verirsinizmi? Cavab “bəli” olarsa, ifadə azadlığımız var.”, fikri ilə izah etmişdi.
Terefsiz.az