Millimizin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan çempionatının 26-cı turunda “Okjetpes”lə keçirilən görüşün (1:0) ən yaxşı futbolçuları arasında yer alıb.
Terefsiz.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə görə, 263 xalla 3-cü yeri tutub. O, sözügedən görüşdə bir superseyvlə yadda qalıb və qapısını toxunulmaz saxlayıb.
“Tobol”un ən yaxşısı Jaba Kankava (313 xal) seçilib. Vitautas Andryuşkyaviçyus isə 275 xalla 2-ci olub.