Emil Balayev ən yaxşılar arasında
Millimizin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan Premyer Liqasının 5-ci turunda “Okjetpes”lə matçın (2:1) ən yaxşı üç futbolçusundan biri olub.
Terefsiz.az klubun saytına istinadən xəbər verir ki, sözügedən oyunda üç dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper “Instat”ın təhlilinə görə, 242 xalla 3-cü olub.
Oyunun ən yaxşısı Dmitri Miroşniçenko seçilib (275 xal). Nika Kvekveskiri isə 250 xalla 2-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, Balayev 3-cü turda “Şaxtyor”la (Karaqanda) keçirilən görüşün ən yaxşı futbolçusu seçilmişdi.
İsmayıl Abdullayev
Terefsiz.az