“Emin 444”ü məmur öldürübmüş: 60 bıçaq zərbəsi – Zaur həbs edildi

0
290

Dövlət Miqrasiya Xidmətinin keçmiş əməkdaşı Zaur Yusifov cinayət aləmində “Emin 444” və “Emin Massalinski” kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq zərbəsi endirib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, bu sözləri cinayət işində təqsirləndirilən şəxs qismində adı hallananlardan biri, qətl hadisəsindən dərhal sonra saxlanılan – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlu Z.Yusifovun əleyhinə verdiyi ifadədə bildirib.

Z.Yusifov mayın 14-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsində düşən kütləvi davada Səfərov Emin Ehtiram oğlu öldürülüb. E.Səfərov çoxsaylı bıçaq yaraları alıb və hadisə yerində keçinib.

İstinad: Oxu.az

Terefsiz.az