Energetika naziri: “Rusiya neft hasilatını öhdəliyindən 50 min barel çox azaldıb”

0
141

Rusiya iyun ayında OPEC+ razılaşması çərçivəsində gündəlik neft hasilatını 278min barel azaldıb.

Terefsiz.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, bu göstərici sazişdə nəzərdə tutulan öhdəlikdən 50 min barel artıqdır.

Qeyd edək ki, Rusiya OPEC+ çərçivəsində gündəlik hasilatı 2018-ci ilin oktyabr ayının göstəricisindən 228 min barel azalmaq öhdəliyi götürüb.

Terefsiz.az