Erməni diversantlar Zəngilanda təxribat törətmək istədi – 2 nəfər əsir götürüldü

0
202

Erməni təxribatçılarının gecə saatlarında Ermənistan ərazisindən Zəngilan bölgəsinə keçməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi ekspert Rizvan Hüseynov feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, 9 nəfərə yaxın diversant Zəngilan ərazisinə keçməyə çalışarkən zərərsizləşdirilib. Diversantlardan bir neçəsi məhv edilib, ikisi isə əsir götürülüb. Hazırda hərbçilərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca diversantların axtarışı əməliyyatını davam etdirir.