Ermənistanın Prezident Aparatı gecə saatlarında bəyanat yaydı

0
126

Ermənistan prezidenti Armen Sarkisyan hər hansı təzyiq altında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ətrafında yaranmış vəziyyətlə əlaqədar hərəkət etməyəcək.

Terefsiz.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Aparatında bildiriblər. “İndiki vəziyyətdə heç kim prezidenti siyasi prosesə cəlb etməyə çalışmamalıdır. Prezidentə istənilən təzyiq cəhdləri yolverilməzdir”, – xəbərdə deyilir. Prezident Aparatında qeyd ediblər ki, Armen Sarkisyan “kiminsə və ya hər hansı siyasi gücün tərəfini tutmur”. “Prezident öz funksiyalarını həyata keçirərək, yalnız dövlətin və xalqın maraqlarını rəhbər tutur”, – bəyanatda qeyd edilir.