TEREFSİZ.AZ saytı xəbər verir ki, Ermənistan hərbçiləri arasında yaralılar çoxdur.
Bu barədə Znak.com xəbər yayır.
Yaralıların yerləşdirildiyi hospitalın cərrahı bildirib ki, son iki gündə yaralananların sayı kəskin dərəcədə artıb:
“Bütün sutka ərzində əməliyyat edirik. Son yeddi gündə maksimum altı saat yatmışam”.
O, təkcə dünən hospitala 60 yaralı gətirildiyini bildirib.
“Ölü sayı həddən artıq çoxdur”, – deyə o qeyd edib.
Terefsiz.Az