Xəbər verdiyimiz kimi, oktyabrın 4-də təxribatçı düşmən tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, Mingəçevirə atılan üç raketdən ikisi partlamayıb. Biri isə yaşayış evinə düşüb və beş nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxu.az-ın fotoqrafı əraziyə baş çəkərək, baş verənləri kamerasının yaddaşına köçürüb.
Düşmənin vəhşiliyini əks etdirən fotoları təqdim edirik: