Ermənistan KİV: “Paşinyanın şəxsi təhlükəsizliklə bağlı qorxuları sürətlə artır”

0
66

“Baş nazir Nikol Paşinyanın şəxsi təhlükəsizliklə bağlı qorxuları sürətlə artır”.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan həm parlamentdə, həm də öz ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib:

“Hətta akkreditasiyadan keçmiş jurnalistlər də diqqətlə yoxlanılır. Paşinyanın son səfərlərindən birində isə mühafizəçilər təhlükəsizlik tədbirlərini bəhanə edərək hətta media nümayəndələrinin də fəaliyyətini məhdudlaşdırmağa qərara aldılar. Həmçinin bir gün əvvəl Paşinyanı çəkən operatora kameranın “Zoom”un böyüdülməsinə də icazə verilməyib”.

Nəşrin yazdığına görə, bundan əlavə, konfrans zalında işləyən operatorlara baş naziri yaxın məsafədən çəkməmək barədə xəbərdarlıq edilib:

“Dünən o da məlum olub ki, Paşinyanın səfəri ilə əlaqədar 44 günlük müharibədə həlak olan hərbçilərin bir qrup valideynlərini İnsan Hüquqlarının Müdafiəsi Daimi Komitəsinin sədri Taquhi Tovmasyanın təşkil etdiyi müzakirədə iştirak etmək üçün parlamentə buraxmayıblar. Və bu günlərdə parlamentdə məktəblilərin qəbulu keçirilsə də, iclas növbədənkənar toplantıya görə təxirə salınıb”.

Qeyd edək ki, daha əvvəl Ermənistanın “Joqovurd” qəzetində də Paşinyanın təhlükəsizliyindən narahat olduğuna dair məqalə dərc edilmişdi.

terefsiz.az