Erməni politoloq Hrant Məlik-Şahnazaryan cinsini dəyişən adam barədə çəkilmiş “Mel” filminin maliyyələşdirməsinə görə Elm, Təhsil, Mədəniyyət və İdman naziri Araik Harutyunyan istefa verməsini tələb edib.
Terefsiz.az M.Şahnazaryan bildirib ki, bu filmin çəkilməsinə etiraz edən və nazir Araik Harutyunyanın “geridə qalmış və pis niyyətli” adlandırdığı gənclərin hökumətə konkret sualları var:
“Onlar başa düşmək istəyirlər ki, Ermənistan dövləti cinsini dəyişən bir adam haqqında film çəkmək üçün niyə pul ayırır? Niyə Ermənistan dövləti bəzi ixtisaslar üzrə erməni dili və tarixi fənlərini universitet kurikulumundan xaric etmək istəyir?
Ermənistan Respublikası hökumətinin vətəndaşlara və gənc nəslə hansı mesajları göndərdiyini başa düşmək istəyirlər. Onların bunu bilmək haqqı var”.
Politoloq qeyd edib ki, artıq tələbələr bu mövzuda Baş nazir Nikol Paşinyanla da müzakirəyə razı deyillər:
“Tələbələr Baş nazirlə birbaşa ünsiyyətdən məyus olublar. Buna görə də açıq şəkildə bildirirlər ki, Paşinyanla müzakirə edəcəkləri bir şey yoxdur. Yalnız bir tələb var – nazir Harutyunyanın istefası və bu sahədə hökumətin siyasətinə yenidən baxılması”.
istinad:oxu.az