Ermənistanda koronavirus təlaşı: Onlarla şəxs xəstəxanalara yerləşdirilib

0
140

Son iki gün ərzində Ermənistanda koronavirus şübhəsi ilə 36 nəfər xəstəxanaya yerləşdirilib.

News.am xəbər verir ki, bu barədə Ermənistan hökuməti yanında Səhiyyə və Əmək Müfəttişliyinin rəhbəri Akop Avakyan açıqlama verib.

A.Avakyan əlavə edib ki, ölkəyə gələn vətəndaşların yalnız temperaturu ölçülmür, onlar digər xarici müayinələrdən də keçirilir.

istinad:oxu.az