Ermənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlib.
Terefsiz.az xəbər verir ki, Ermənistan Xristian-Demokratik Partiyasının sədri Levon Şirinyan Naxçıvanın ermənilərə aid olması ilə bağlı beynəlxalq səviyyədə məsələ qaldırmağı təklif edir.
Onun sözlərinə görə, Rusiya-Türkiyə müqaviləsinin 100 illiyi tamam olur və Naxçıvanın ermənilərə verilməsi üçün bu məqamdan isifadə edilməlidir.
Qeyd edək ki, ermənilər Naxçıvanın onlara aid olduğunu və Qars müqaviləsi ilə Azərbaycana verildiyini iddia edirlər.
Şirinyan iddia edir ki, Türkiyə Naxçıvanda yeni vəziyyət yaratmağa çalışır: “Biz aktiv olmalıyıq, lakin əllərimiz-qollarımız daxili problemlərlə bağlıdır. Koçaryanın tərəfdarları ölkəni düyünə saldılar. Hərçənd, baş nazir səfərbərlik elan edə və bütün gücləri Ermənistanın ətrafında toplaya bilər”.
Şirinyan erməni hərbi birləşmələrini Azərbaycana hücum etməyə çağırıb.
“Biz müdafiədən çıxmalıyıq. David Tonoyan yaxşı strategiya təklif etdi, lakin bunu reallaşdırmaq lazımdır. Hücuma biz başlamalıyıq və onları (Azərbaycanı – red.) cavab verməyə məcbur etməliyik”, – deyə o bildirib.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri David Tonoyan “yeni müharibə – yeni ərazilər” ideyasını ortaya atmışdı. Bu, Azərbaycana hücum etməyi cə yeni əraziləri işğal etməyi özündə ehtiva edir.
İstinad: Publika.az
Terefsiz.az