Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

0
82

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

terefsiz.az