Ermənilər Ağdamda təcili tibbi yardım avtomobilini atəşə tutdu – FOTO

0
294

Cəbhədə şiddətli döyüşlər davam edir.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.

Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində təcili tibbi yardım avtomobilinin yaxınlığına düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur, araşdırma aparılır.

Hazırda döyüşlər davam edir.

İstinad: report.az

Terefsiz.az