Ermənistan cəbhə xəttində növbəti təxribat törədib

0
166

Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti təxribat törədib.

“Report” xəbər verir ki, işğalçı ordunun bölmələri qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində neytral ərazilərə od vurublar.

Nəticədə təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən ərazilər yanıb.

Sakinlərin sözlərinə görə, güclü yanğın böyük sahəni əhatə edib.

Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq Tovuz və Tərtər rayonu istiqamətində yanğınlar törədir.