” EŞQ QADIN ” – BƏNÖVŞƏ MAHMUDQIZI

0
514

” EŞQ QADIN “

Nağıl kimi ilişkilər yaşadım…
Mən kimsənin dalınca qaçmadım.
Çətin qadın idim,
Çətin sevərdim…
Amma sevincə,
Sevdiyim adamı
Qərq edərdim sevincə.
Ağladım, ağlatdım,
Yıprandım, yıpratdım.
Amma…
Unutulmazdım.
Xatırlayıram, ilk eşqimi
Gözləmədən qarşılıq,
Sərxoşluq, eşq qarışıq
Heç bir zaman
Sevgilim olmadan,
Sevdiyim olan adam…
Sonra…
İkinci böyük eşqim…
Xoşbəxt ola bilərəm,
Sanmışdım.
Bəli, yanılmışdım!
Bu iki adama olan eşqim
Məni etdi eşq qadın.
Həmişə aşiq oldular,
Həmişə eşq doldular…
Göz yaşı və şeir,
Hayqırış və mahnı,
Kiminin nifrəti, ahı,
Kiminin savabı, günahı.
Həmişə bir şeylər oldular.
Eşq doldular,
Aşiq oldular.
Amma mən …
Eşq qadın oldum da,
Aşiq qadın ola bilmirəm…
Qorunuram,
Eşqdən deyil də,
Aşiq adamlardan.
Gözləntisiz sevmək gözəl,
Gözləntisiz sevmək özəl…
Nağıl kimi ilişkilər yaşadım.
Əslində…
O nağılları mən yaratdım.
Onların eşqlərini belə,
Mən yaşatdım.
Qorunuram dedim,
İndi də elədir.
Peşman deyiləm,
Onlara da düşmən deyiləm.
Onlar aşiq adamlar,
Həm də eşqi yaşaya bilməyənlər…
Bu nə demək?
Hər şey doğru edilməli,
İnsan belə doğru sevilməli.
Sevə bilmədilər…
Çünki doğru nədir,
Bilmədilər.
Hər dəfəsində söylətdilər;
Əlvida, əlvida, əlvida!

Bənövşə Mahmudqızı

Terefsiz.az