” Esyenın gəlişi Azərbaycana reklam oldu “

0
296
  • “Premyer Liqada tanınmış legionerlərin olmasını istərdim. Bu baxımdan “Səbail”in Essyeni heyətinə cəlb etməsi müsbət bir misaldır”.

    Terefsiz.az – in məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov məşhur futbolçu Maykl Essyenin Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” klubu ilə müqavilə bağlamasına münasibət bildirərkən deyib.

    O bildirib ki, 37 yaşlı qanalı yarımmüdafiəçinin Bakı təmsilçisinə gəlişi ölkənin reklamı baxımından da faydalıdır: “Bu, təkcə Premyer Liqanın yox, Azərbaycanın reklamı oldu. Dünyada bildilər ki, belə bir futbolçu Azərbaycana gəlib və “Səbail” ilə müqavilə bağlayıb. “Səbail”in adı Qərbi Avropaya, Asiyaya, Amerikaya qədər səsləndi. Az sayda bu cür keyfiyyətli futbolçuların gətirilməsi yaxşı haldır. Azərbaycan futbolçuları daha çox oynamalıdırlar. Bizdə limit var. AFFA İcraiyyə Komitəsi 2008-ci ildən bu sistemi tətbiq edib və cədvələ uyğun gedir. Bu gün 6 legioner əsas heyətdə yer ala bilərsə, klublar niyə 10 əcnəbi gətirir? Əcnəbi gəlibsə, oynasın. Oynaya bilmirsə, onda heç gəlməsin. 10 nəfər gətirməkdənsə, 3 nəfər daha keyfiyyətlisini gətirsinlər. Belədə yerli oyunçular onların yanında təcrübə qazanacaqlar. Bu sözlərim klubların işinə qarışmaq yox, tövsiyyədir. Bir azarkeşin, AFFA funksionerinin arzusudur”.

    Qeyd edək ki, “Səbail” M.Essyenlə 2020-ci ilin iyuluna qədər müqavilə bağlayıb.

  • İstinad: report.az