Evdə cəsəd olduğunu zənn edən polislər gördükləri qarşısında şoka düşdülər – FOTO

0
338

Türkiyədə maraqlı olay yaşanıb.
Primetime.az xəbər verir ki, İstanbulda yerləşən binalardan birinin sakinləri qonşularının evindən pis iy gəldiyi yönündə polisə şikayət ediblər. Həmin evə gələn polislər isə evdə cəsədlə qarşılaşacaqlarını zənn edərkən illərlə yığılıb qalan zibillə qarşılaşıblar. Belə ki, 65 yaşlı qadın 2 ildir ki, bu vəziyyətdə yaşayırmış və heç vaxt zibil atmayıb. Onun psixoloji vəziyyətinin yerində olmadığı bildirilib.

Təcili yardım briqadası ilə evdən çıxarılan qadın xəstəxanaya yerləşdirilib. Ev isə bələdiyyə tərəfindən təmizlənib. Evdən çıxan 3 yük maşını qədər zibil isə qonşuları şoka salıb.