Evdə qalmaq məcburiyyətində olan bir çox insanın əsas problemlərindən biri də gündəlik vərdişlərindəki dəyişikliklərdən asılı olaraq daha çox qida qəbulu və kilo artımıdır. İşləyərkən masanızın üzərində qəlyanaltı saxlamayın 1 ay alkoqol qəbul etməməyə çalışın, bunun əvəzinə gündə 500 qram tərəvəz yeyin Yemək qəbul etmək istəyəndə isti duş qəbul edin, idman edin və ya şəkil albomunuza göz gəzdirmək kimi fərqli işlər tapın Hazır qidaların əvəzinə özünüz yemək bişirin Əvvəlki günlük qrafikinizə sadiq qalın İş masasında tələsik yemək əvəzinə qida qəbulu üçün vaxt ayırın Bol su və çay qəbul edin Sağlam olmayan qidalardan uzaq durun. Qaynamış yumurta, qovrulmuş duzsuz fındıq, xiyar, cherry pomidor, meyvə, qatıq və pendir kimi qəlyanaltılara üstünlük verin Bütün gün televizor qarşısında serial izləməyin. Mümkün qədər idman edin Hər saat ərzində azı 3 dəqiqə oturduğunuz yerdən qalxın, ayaqlarınızı hərəkət etdirmək üçün idman edin Evdə işləyərkən mütəmadi olaraq fasilə verin, normadan artıq işləməyin