Everton futbolçusu Tom Deyvisin müqaviləsinin müddətini artırıb.
Terefsiz.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçiylə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
17 yaşında Premyer Liqada debüt edən Deyvis, Everton-da kapitanlıq sarğısını taxan ən gənc futbolçu ünvanına sahibdir.
Deyvislə Manchester United yaxından maraqlanırdı.